Kovorkinq nədir və onun üstünlükləri

Kovorkinq nədir və onun üstünlükləri

_MMD9690

  Jan İv Yuar (Jean-Yves Huwart) – Kovorkinq direktoru və kovorkinq təsisçilərin Avropa konferensiyası təşkilatçısı, bizə bu barədə danışır:

        “Hesab edirəm ki, coworking sözünün ən vacib hissəsi  – working sözüdür. İnsanların Kovorkinqə getməkdə ilkin məqsədi  – effektiv işləməkdir. Bununla belə kovorkinq prosesi ekosistem kimi olmalıdır. Burada rezidentlər öz əlaqələrini, tanışlıqlarını genişləndirir və ən vacibi çoxlu sayda tərəfdaşlar tapırlar.”

  İşlərin effektiv idarə edilməsi üçün kovorkinq ilk növbədə faydalı, rahat və yaxşı təchiz olunmalıdır.

       “Burada olan abu-hava da əhəmiyyətsiz deyil. Eyni zamanda ətrafda çalışanlar yaradıcılıq prosesindən ilham alırlar. Bağlı ofislərdə, evlərdə olduğumuz zaman çoxumuzun elə buna ehtiyacı var. Kovorkinqdə işləyərkən isə biz işdən ilham alır, tənqid eşidir, yeni tanışlıqlar əldə edir və öz sahəmizdən insanlarla ünsiyyət qururuq.”

Solo – sahibkarlar üçün kovorkinq əvəzolunmazdır. Ədətən bu cür insanlar evdə çalışırlar lakin bu heç də əlverişli məkan deyil. Benilüks ölkələrində aparılmış tədqiqatlar göstərir ki, evdə çalışan insanların 42%-i iş zamanı televizora baxır. Nəticədə isə sahibkarlar fəaliyyətsiz olur və tərəf müqabilləriylə əlaqələrini itirir.

  “Kovorkinqdə çalışan solo – sahibkarların əsasən 30-a yaxın yaşı var. Onların şirkətlərdə artıq müəyyən iş təcrübəsi və təbii ki asılı olduqları əlaqələri var. Çox vaxt onlar işdən ayrıldıqdan sonra bu əlaqələr itir amma kovorkinqdə işləyərkən yeni ideyaları olan insanlarla tanış olmaq imkanı tapırlar. Onlarla yeni əlaqələr qurmaq imkanı yaranır.”

Ümumiyyətlə kovorkinq yeni sahibkarlar nəslinin formalaşması üçün çox sərfəli məkandır çünki onların bir-birini görmək imkanı artır. Kovorkinqlər  ekoloji  və qənaəitçillik baxımından sərfəlidir. İnsanlar eyni məkənda çalışdıqlarına görə hər kəs özü üçün ofis icarə etmək yerinə, məsələn, ümümi istilik sistemindən istifadə edir və hər ofisin elektrik enerjisinin pulu ayrıca ödəlinir.Əslində rezidentlər evlərinə yaxın olan kovorkinqləri seçirlər. Bu yanacağa qənaət edərək nəqliyyat tullantılarını azaldır.

Kovorkinq – qənaət anlayışının bir hissəsidir, çünki öz ofisiniz üçün böyük pullar xərcləmək yerinə vahid iş məkanını bölmək olar. Bu zaman sizdən daha az pul çıxır və bəlkədə iş daha effektiv olur.

 

Recommended Posts

Leave a Comment

Əlaqə saxlayın

Fabrikada iş məkanı üçün əlaqə saxlayın